II-III qruplar üzrə imtahanlarda istifadə olunan testlərin izahları açıqlandı

II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, ötən gün ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı > test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. 

(Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR