"Qalatasaray"ın sabiq futbolçusu Abdul Kader Keyta yenidən Türkiyəyə qayıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi BAL təmsilçisi "Kurtuluşspor"da forma geyinəcək. O, növbəti həftə sözügedən klubla rəsmi müqavilə imzalayacaq. 2009-cu ildə "Lion"dan "Qalatasaray"a transfer olunan kot-d`ivuarlı futbolçu 27 oyunda forma geyinmiş və 5 qol vurmuşdu.

Milli.Az