Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü - FOTO

İyulun 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edildi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR