Play Store

Şirniyyatdan əl çəkdirən vasitə - Həm arıqladır, həm gözəlləşdirir

Qadınların kökəlmə probleminin ən böyük səbəblərindən biri də rasiondan şirniyyatı çıxara bilməməsidir.

Metbuat.az olaraq sizlər üçün çox maraqlı araşdırma aparmışıq. Bu materialı oxuyub, əməl etsəniz, orqanizminiz şirniyyat istəməyəcək.

Necə edək ki, şirniyyat yeməyək?

Adətən əhval olmadıqda bir tikə giləmeyvəli piroq, ya şokoladlı tort yeyirsən. Heç nə də olmasa, konfetlə çay hər şeyi yaxşılaşdırır. Ancaq bu daim oturaq iş görən xanımların çəki problemini artırır. Dietoloqlar araşdırma apararkən küncüt südünün bu problemi aradan qaldırmağa əla təsir etdiyini aşkarlayıblar.


Küncüt südü orqanizmdə tələb olunan qlükozanı təmin edir və insanda şirniyyat yemə hissini öldürür.

Bəs küncüt südü necə hazırlanır?

 100 qr qovrulmamış küncüt

 2 çay qaşığı bal

 1 litr su

Axşamdan küncüt isladılır. Səhər suyu süzülür, üzərinə 1stəkan su əlavə edilərək blenderdə üyüdülür. Hazır küncüt südünə bal və su qatılıb yaxşı qarışdırılır. Bu qarışıq səhər yeməyindən 20 dəqiqə öncə qəbul edilir.


Küncüt südü çox güclü kalsiumla zəngindir. Ona görə bu içki nəinki çəki problemi olanlara, hətta kalsium çatışmazlığı, sümük kövrəkliyi, saç tökülməsi, dırnaq təbəqələnməsi kimi problemlər yaşayanlara da yaxşı təsir edəcək. Həmçinin təsirli antioksidant kimi xərçəng xəstəliyi riskini azaldacaq.

Tahirə



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR