Döş sallanmalarının qarşısını alan üsullar

Baxımlı qadınlar həmişə vizual görüntüsünü qorumağa çalışır.

Qadınlarda kompleks yaradacaq problemlərdən biri də döş qurluşunun pozulmasıdır. Adətən süd verən analarda sonradan döş sallanmaları yaranır. Bu hal kompleksli xanımları zamanla əməliyyat masasına qədər aparıb çıxarır.

Metbuat.az olaraq inadkar xanımların qazandıqları nəticələri sizlər üçün araşdırmışıq. Bu dəfə sizə iynəsiz, dərmansız, əməliyyatsız bu problemi aradan qaldırmağa kömək edən üsulu təqdim edirik.

İdmanla

Arxası üstə uzanılır, hər ələ 5 kq idman daşı götürülüb 30 dəfə döş qəfəsinin üzərinə qaldırıb endirilir. Bu hərəkət döşlərin üst əzələlərinə effektiv təsir edir.

Massajla

Düz yerə uzanılır, kürəyin altına döşəkcə qoyulur. Zeytun, çiyələk, rozmarin, qara çörəkotu və.s yağlardan biri ilə 10 dairəvi hərəkətlə döşlər massaj edilir. Bu massaj hər gün, yaxud həftədə 3 dəfə edilə bilər.

Yoqa asanaları (hərəkət) ilə

Xatxa yoqanın asana pozları ilə döş əzələlərini bərkitmək və arzuolunan nəticəni əldə etmək olar. Həmin yoqa asanalarını sizə videomaterial formasında təqdim edirik.
Tahirə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR