Qripə yoluxanların sayı artıb (VİDEO)

Qripə yoluxanların sayı artıb (VİDEO)
17:06 8 Yanvar 2015
171 Sosial
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində qrip virusuna yoluxma halları ötən dövrlərlə müqayisədə artıb.

ANS TV-nin məlumatına görə, bu barədə məlumatı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunu baş infeksionisti Namiq Əliyev verib. O bildirib ki, hazırda əhali arasında mövsümü qrip yayılıb, hələlik təhlükəli xarakter daşımasa da, zamanında müayinə edilməsə xroniki bronxit, ağciyərin ikitərəfli iltihabı, pnevmoniya və digər xəstəliklərə səbəb ola bilər. Ona görə də istər qida, istərsə də hava şəraitinə uyğun davranmaq lazımdır.

Qrip virusuna daha çox azyaşlıların yoluxduğunu nəzərə alıb yolumuzu 5 saylı Uşaq Klinikasından saldıq. Klinikanın sahə həkimi Arzu Əliyeva xüsusilə Yeni il şənliklərindən sonra uşaqların daha çox xəstələndiyini bildirdi. Onun sözlərinə görə, məhz o cür şənliklərdə xəstə və sağlam uşaqlar bir yerdə olur və viruslar çox asanlıqla yayılır. Eləcə də bağçalarda, məktəblərdə təlim tərbiyə alan uşaqlar bu virusa tez bir zamanda yoluxur. Valideynlərə məsləhət görülür ki, soyuqdəymə hallarına qarşı uşaqlara vaxtında peyvənd vurulusun.

Tək uşaqlar deyil, elə yeniyetmələr və ahıl yaşda olan şəxslər də qışın sərt şaxtalı soyuğunda xəstələnirlər. Həkimlər bunu immunitietin zəifliyi ilə əlaqələndirirlər. Həkim uşaq olan otaqların havasının tez- tez dəyişdirilməsini məsləhət gördü.

Başqa bir Klinikanın həkimi, peditar Günel Zeynalova gün ərzində onalara 7-8 müraciətin daxil olduğunu deyir. Həkim, qrip virusuna yoluxmamaq üçün immuniteti gücləndirən vasitələrdən istifadə olunmasını tövsiyyə edir. İmmuenitetin gücləndirilməsində isə heç şübhəsiz bol vitamin qəbul olunmalıdır, bununla yanaşı düzgün qida da şərtdir. Həkim vitamin qəbulu ilə yanaşı yuxuya da diqqət yetirilməli olduğunu bildirdi. O qeyd etdi ki, insanlar yuxusuz olanda bədən ləng sistemlə işləyir ki, buda bədənin müqavimət sisteminin aşağı enmsəinə səbəb olur.

Odur ki, havaların bü gündən kəskin dəyişdiyini nəzərə alıb həm qida, həm də geyimlərimizə diqqət yetirməliyik. Əks halda sağlamlığımızı itirə, ya da mövcud xəstəliklərimizi ağırlaşdıra bilərik.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=318484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR