Möcüzə yaradan yasəman yağı

Yasəmən yağı üz dərisi və saç üçün çox faydalıdır. Bununla bərabər, revmatizm, sümük, əzələ problemləri yaranan zaman davamlı massajda istifadə edilməsi çox effektli təsir edir. Həmçinin, bəlğəmgətirici kimi də istifadə olunur. Ancaq satışdakı hazır yağlara heç də güvənmək olmur.

Çünki əksərən satışdakı məhsullar saxta yolla hazırlanır. Bu da dəridə ləkə, səpki yarada bilər. Bundan qaçmaq üçün yasəmən yağını təbi halda özünüz də hazırlaya bilərsiniz.

Rafinə olunmamış 1 st zeytun yağı arıtlanmış yasəmən çiçəkləri ilə qarışdırılır. Qaranlıq yerdə 1-2 ay saxlanılır. Yağ çiçəklərin üzərinə çıxana kimi tökülməlidir ki, kif yaranmasın.

Yağın hazırlanma qaydası ilə bağlı ətraflı məlumatları videodan ala bilərsiniz.

Tahirə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR