Qırğızıstanın "Bişkek-Oş" avtomobil yolunda ağır qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yük avtomobili iki minik avtomobil ilə toqquşub, qəza nəticəsində 8 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az