Londonda keçirilən Uimblodon turnirində iştirak edən qonaqlardan bir qayda olaraq ciddi dress-kod tələb olunur.

Publika.az xəbər verir ki, qonaqlar turnir üçün adətən bleyzer, zərif bluzlar, paltarlar və ya sadə ağappaq köynək kimi klassik variasiyalar seçir. Məhz bu turnirdə biz detallarına qədər düşünülmüş avropa üslubu ilə qarşılaşa bilərik. Oxucuları bir neçə gün əvvəl turnirdə iştirak edənlərin bənzərsiz dəstləri ilə tanış etmişik.

Kişi kostyumları zərif qadın bədənində həmişə həddən artıq cazibədar təsir bağışlayır. Burada Aleks Çanq tam effekt üçün qalstuk əlavə etmək qərarına gəlib.

Elaqant işgüzar qadın obrazları - FOTO

Bu dəst sadəcə dahiyanədir! Dizaynerlər bax belə bir adi saroşkanı götürüb və uğurlu tendensiya çeviriblər. Paltar, köynək, yubka və bluzun birlikdə cəmləşdiyi bu format istənilən qızı əlavə detallar olmadan dəbli xanıma çevirir.

Elaqant işgüzar qadın obrazları - FOTO

Mədəni bir tədbirə nə geyinəcəyinizi bilmirsiniz? Onda sizə məsləhət: Bej bir şey geyinin. Yayda bu rəng qaralmış dərini çox gözəl tamamlayır. Və bu obarza qızıl bəzək əşyaları əlavə etməyi unutmayın.

Elaqant işgüzar qadın obrazları - FOTO

Dizayner Stella Makkartni burada göstərib ki, ağ-qara geyinmək və hamı kimi görünmək mümkündür. O, öz dəstini uzun qızıl zəncirli, zamşa material və qəhvəyi çalarda olan dəbli çanta ilə məharətlə tamamlayıb.

Elaqant işgüzar qadın obrazları - FOTO

Xırda printlər artıq bir neçə ildir ki, aktuallığını qoruyur. Yeri gəlmişkən, tünd göy və qırmızının vəhdəti mükəmməl rəng ahəngi nümunəsidir.

Elaqant işgüzar qadın obrazları - FOTO

Önəmli tədbirlərdə çox ciddi görünməyə ehtiyac yoxdur. Məsələn, gözəl fransız - Janna Daması örnək götürə bilərsiniz. O, yay aksessuarlarını çox düzgün təqdim edib: Münasib paltar, həsir çanta və ipli espadril. Belə bir geyimdə siz həm də romantik görüşə, həm də hər hansı axşam qonaqlığına gedə bilərsiniz.

Elaqant işgüzar qadın obrazları - FOTO

Əgər siz “Başqalarından mütləq fərqlənməliyəm!" deyirsinizsə, onda köynək-donu ağır botilonlarla birləşdirin. Moda günümüzdə loyal olub və o, demək olar ki, bir çox çılğınlıqları etməyə icazə verir.

Elaqant işgüzar qadın obrazları - FOTO

Ümid edirik ki, sizin qarderobunuzda artıq qızılı düymələrini olan bleyzer var. Bu geyim xüsusi canfəşanlığa ehtiyac olmadan sizi dəbli və qəşəng görünməyə kömək edən sehrli çubuqdur.

Elaqant işgüzar qadın obrazları - FOTO

Siena Miller kartof kisəsi də geyinsə, ondan maraqlı obraz düzəldə bilən stil ikonudur. O, lakonik paltarlar seçərək dəsti aksesuarlarla vurğulamağa davam edir.

Elaqant işgüzar qadın obrazları - FOTO

Ən asan və eleqant variant olaraq xallı donları təklif edirik. Nəticənin eleqant olacağı təmin olunub!

Elaqant işgüzar qadın obrazları - FOTO

Uma Turman ağ rəngi düzgün geyinməyi öyrədir. Aktrisa obrazında bir neçə parlaq çalarları birləşdirib, həmçinin ayaqqabını başqa rəngdə seçməklə çox doğru iş görüb.

Elaqant işgüzar qadın obrazları - FOTO

Heç bir krosovka klassik ağappaq “Converse” kedlərlə müqayisə oluna bilməz. Diqqətli dizaynı onu istənilən paltarla birləşdirməyə və tərzli görünməyə imkan verir.

Elaqant işgüzar qadın obrazları - FOTO

Aytən