"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında baş verib.
Rayon sakini, Kür çayında balıq tutan zaman ehtiyatsızlıqdan üzərində durduğu qayadan ayağı sürüşərək yıxılıb. Ağır kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib. Hazırda koma vəziyyətində olan yaralıya həkimlər tərəfindən göstərilən tibbi yardım davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.