SSRİ dövründə Sakit okean sahilində yerləşən Kamçatka yarımadasında inşa edilən köhnə hərbi şəhərcik bu gün turistlərin ən çox maraq göstərdiyi bölgəyə çevrilib.

Rusiyanın dünyadan gizlətdiyi şəhər: 20 il sonra üzə çıxdı - FOTO

Sovet lideri Nikita Xuruşov tərəfindən Soyuq müharibənin ən qızğın olduğu dövrdə - 1960-cı ildə sualtı qayıqların yerləşdirilməsi üçün inşa edilən şəhərcik 1996-ci ildə, yəni Sovetlər Birliyinin dağılmasından 5 il sonra tamamilə tərk edilib.

Rusiyanın dünyadan gizlətdiyi şəhər: 20 il sonra üzə çıxdı - FOTO

Təxminən 20 ildir heç kimin ayaq basmadığı Petropavlosk-Kamçatka yarımadası, digər adı ilə desək, "Rusiyanın od və buz diyarı" bu gün turistlər tərəfindən böyük marağa səbəb olub.

Rusiyanın dünyadan gizlətdiyi şəhər: 20 il sonra üzə çıxdı - FOTO

Kabus şəhərə yalnız gəmi və ya helikopterlə getmək mümkdündür.

Hərbi sirr olaraq gizlədilən yarımadanın bir çox xəritədə qeyd edilmədiyi üçün yenidən ortaya çıxması 20 il çəkib.

Təhməz Təkin

Milli.Az