“Report”un məlumatına görə, bununla bağlı qərar Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Moskvada baş tutan İcraiyyə Komitəsinin iclasında verilib.
DÇ-2019-un ev sahibliyi Rusiyaya verilib. Yarış Soçi şəhərində baş tutacaq. 2021-ci ildə keçiriləcək çempionat isə Hindistanın paytaxtı Dehlidə olacaq.
Bu şəhər həm də qadınlar arasında keçiriləcək DÇ-2018-ə ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın idmançıların yarışı Türkiyənin Trabzon şəhərində təşkil olunacaq.
Qeyd edək ki, bu il keçiriləcək mundial 25 avqust – 3 sentyabrda Almaniyanın Hamburq şəhərində reallaşacaq.