Əməkdar artist Tünzalə Ağayeva nəzərdən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Lider maqazin"in "Heç cadu etdirmisiniz" sualına belə cavab verib:

"Göz-nəzərə inanıram. Bəzən adam üzərində bunu hiss edir. Amma ona önəm vermirəm. Bizim sənət aləmində bu cür şeylər çox olur. Biri o birinə qısqanclıq edir.

Kimsə həyatını cadu ilə qurursa, günah qazanır. Etmirəm, heç vaxt etmərəm. Caduya baş qoşmağa dəyməz".

Milli.Az