Tilki oyuncaq ayı ilə klip çəkdirdi

17 yaşlı Aleyna Tilki sözləri və musiqisi Ersay Ünerə, aranjimanı Ozan Çolakoğluna aid "Sən olsan barı" adlı mahnıya çəkilən klipini təqdim edib.

Metbuat.az xəbər verir ki, ssenarisi Aleynaya aid olan klip üçün hündürlüyü təxminən 2 metr olan nəhəng oyuncaq ayı hazırlanıb. Onun hovuzda boğulan ayını xilas etdiyi səhnələr aksiyon filmlərindən heç də geri qalmayıb. 21 saniyəlik teasar 24 saatda 500 min dəfə izlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR