Boliviya prezidenti Evo Morales ABŞ-ın Rusiyaya qarşı hərəkətini pisləyib və Birləşmiş Ştatları beynəlxalq hüquq üçün təhlükə adlandırıb.
Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə o, "Twitter"də yazıb.
"ABŞ belə sanksiyalarla təsdiq edir ki, onlar beynəlxalq münasibətlər, beynəlxalq hüquq və BMT üçün təhlükədirlər", - deyə prezident yazıb.
Morales qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi beynəlxalq qanunlara ziddir.
"Boliviya onları (yeni anti-Rusiya sanksiyalarını - red.) rədd edir", - deyə məlumatda bildirilir.
Milli.Az