Bakıda güclü yanğın.Təxliyyələr başladı -

Bakı, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, yanğın həmin ərazində yerləşən karxananın yaxınlığında başlayıb.

Hazırda FHN-in üç yanğınsöndürən maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün atılan addımlara baxmayraq, güclü külək ərazidə kol-kosun yanması ilə yanğını genişləndirir. 

Yanğına yaxın ərazidən avtomobillər çıxarılıb. Yanğının baş vermə səbəbi məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR