Türkiyənin tanınmış model, aparıcı və aktyoru Murat Başoğlu 14 illik həyat yoldaşı Hande Bermeki sarışın bir gözəllə aldadıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, yaxtada görüntülənən cütlük bir-birini öpməkdən doymayıb.

İşadamı Ayhan Bermekin qızı Hande Bermeklə 2003-ci ildə evlənən Murat Başoğlu bununla da ilin xəyanətinə imza atıb.

Nahar vaxtı spirtli içkinin də təsiriylə özlərini daha sərbəst hiss edən aparıcı və sarışın qadın bu vəziyyətdə kameralara tuş gəlib:

Məhəmməd Vaqif
Milli.Az