FETÖ bağlantısı: Azərbaycanlı aktyor həbs oluna bilər

Tanınmış aktyor Tamer Karadağlı həbs oluna bilər.

Metbuat.az bildirir ki, buna səbəb Türkiyənin “Kanal D” televiziyasında yayımlanan, aktyorun da rol aldığı “Çocuklar Duymasın” serialında FETÖ-nun dünyaya tanıtdığı "Barış Köprüleri; Dünyaya Açılan Türk Okulları" adlı kitabın göstərilməsidir.

Türkiyə Prokurorluğu məsələ ilə bağlı artıq araşdırmalara başlayıb. Filmin yaradıcı heyətinin FETO terror təşkilatı ilə əlaqələri sübuta yetirilərsə, onları həbs cəzası gözləyir.

Qeyd edək ki, Tamer Karadağlı əslən azərbaycanlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR