Play Store

İki xanım müğənni arasında geyim qalmaqalı - FOTO

Müğənni Sevda Yəhyayevanın stilist Anar Ağakişiyevlə birgə hazırladığı fotosessiya ətrafında qalmaqal yaranıb.

Mətbuat.az xəbər verir ki, müğənni Sevinc Musayeva Sevdanın fotosunu paylaşıb və onu təkrarçılıqda ittiham edib.

O iddia dib ki, həmin obrazı 2014-ci ildə nümayiş etdirib:  

"Bu və bunun kimi digərləri mənim etdiyim illləri hələ çox edəcəklər. Halal xoşları olsun. Amma hamı bilir, bu səhnəyə kim necə və kimin vasitəsilə gəlib, məşhur olur. Ona görə mən həmişə Allaha şükür edirəm ki, yolumu açır və məşhur olduqca adımın qarşısında heç kimin adı hallanmır. 11 ildir səhnədəyəm və bu illər ərzində hamı məni Sevinc Musayeva kimi tanıyır. Amma başqa məşhur simaların adları ya restoran müdiri, ya telekanal rəhbəri, ya hacı, ya da şirkət direktoru və digərləri ilə qoşa çəkilir. Alnım açıq, üzüm ağdır. Məşhur olduğuma görə heç kimin yanında minnətli deyiləm. Bu klipdəki libasımı isə modelyer Şəlalə Maqsudova hazırlayıb".


Bürcünüzə görə ən uğurlu təbii daşlar - VİDEO - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR