Modriç "Nou Kamp"da oynamayacaq

"Real"ın futbolçusu Luka Modriç İspaniya Superkubokunda "Barselona" ilə ilk oyunu buraxacaq.

Metbuat.az-ın məlumatına görə, buna səbəb onu cəzalı olmasıdr. Məsələ burasındadır ki, Madrid klubu sonuncu dəfə 2014-cü ildə Superkubokda "Atletiko"ya qarşı cavab matçında qırmızı vərəqə alıb. Buna görə də o, 1 oyunluq cəzalandırılıb. 

L.Modriç cəzasının bitməsi üçün "Nou Kamp"da keçiriləcək ilk görüşdə oynamayacaq. 

Qeyd edək ki, "Barselona" - "Real" matçı avqustun 13-ü keçiriləcək.// QOL.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR