Britaniyanın ən böyük ticarət şəbəkələrindən olan ASOS mobil telefonlar üçün xüsusi proqram əlavəsi hazırlayıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, proqram əlavəsini smartfona yükləyən şəxs küçədə, yaxud istənilən ictimai yerdə, hətta saytlarda və ya ekranlarda kiminsə əynində gördüyü geyimdən tapıb ala bilər.
Bunun üçün həmin geyimli şəxsin fotosunu çəkmək və proqram əlavəsi ilə axtarış aparmaq yetər. Proqram onlayn-satış servislərində axtarış apararaq geyimi tapacaq, müxtəlif təklifləri təqdim edəcək.
Milli.Az