“Report”un məlumatına görə, hadisə “Krisiuma” ilə ev oyunu zamanı baş verib. Qarşılaşmanın 29-cu dəqiqəsində hesabı açan futbolçu reklam lövhəsinin üzərindən hoppanmaq istəyərkən yıxılaraq xəsarət alıb.
Braziliyalı futbolçu həkimlərin yardımından sonra meydana qayıda bilib.
Qeyd edək ki, matç “Santa Kruz”un 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.