Adriana Limadan şok etiraf

Məşhur model Adriana Lima keçmiş boksçu sevgilisi ilə paylaşdığı fotoya aydınlıq gətirib.

Metbuat.az xəbər verir ki, Adriana həmin bksçu ilə hazırda dost olduğunu söyləyib:

"Sevgilim Metinə sədaqətimlə bağlı gəzən söz-söhbətləri eşitdim. Bəli, məhz sevgilim. Fotodakı homoseksual dostum Miltiadis Kastanisdir. Bəli, homoseksualdır və ailəmin bir üzvü kimidir. Mən Türkiyəni çox sevirəm. Amma xahiş edirəm, Metinlə olan münasibətimizə hörmətlə yanaşın və haqqımızda yanlış xəbərlər yaymayın".

A.Limanın sevgilisi, yazıçı Metin Hara isə jurnalistlərə məşhur modellə ayrılmadığını bildirib:

"Keçmiş sevgilisi ilə görüşə bilər, heç bir problem yoxdur. Yaxınlarda hamı hər şeyi görəcək".

Xatırladaq ki, A.Limanın paylaşdığı foto ciddi söz-söhbətlərə səbəb olmuşdu. İzləyiciləri onu xəyanət etməkdə günahlandırırdılar. 

Bürcünüzə görə ən uğurlu təbii daşlar - VİDEO - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR