Vasifi bu geyiminə görə tənqid etdilər

Müğənni Vasif Məhərrəmli tamaşaçıların tənqidinə tuş gəlib.

Metbuat.az xəbər verir ki, o, sosial şəbəkədə şortda olduğu fotosunu paylaşıb. Ancaq istirahət mərkəzlərindən birində çəkilən foto izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Şəklin altından tənqid və təhqir xarakterli şərhlər yazılıb.

V. Məhərrəmli şərh müəlliflərinə sərt cavab verib:

“Bu milləti başa düşmək olmur da... Mənim əzizlərim, sizdən acizanə xahiş edirəm, kim məni bəyənmirsə, izləməsin. Ay bala, sənə maraqlı deyiləm, rədd ol. İzləmə də məni. Burada nə var ki…”

Maraqlı burasıdır ki, müğənninin bu cavabı da müzkirələrə səbəb olub və onu yenidən tənqid ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR