“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, ölkə qeydiyyat üçün tələb olunan sənədləri FİFA-ya göndərib.
Bunadək ABŞ, Kanada və Meksika birgə namizədliklərini irəli sürüblər.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında 48 ölkə mübarizə aparacaq. Təşkilatçının adı 2020-ci ilin mayında açıqlanacaq.