Məşhurlardan Lütfi Zadənin vəsiyyətinə

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin Azərbaycanla bağlı vəsiyyəti cəmiyyətimizdə birmənalı qarşılanmayıb.

Metbuat.az xəbər verir ki, alimin “məni öləndə Azərbaycanda dəfn edin” sözləri bəzi şəxslər tərəfəindən iradla qarşılanıb.

Görkəmli mədəniyyət xadimlərinin bu məsələ ilə bağlı mövqeyini öyrənmək üçün əlaqə saxladıq.

Xalq artisti, professor Arif Babayev bildirdi ki, Lütfi Zadə böyük alimdir, fəxrimizdir:

“O, Azərbaycanda doğulub, özü də balaca adam deyil, bizim fəxrimizdir. Böyük alimdir, akademik, ixtiraçıdır. Adam öz torpağına qaydır də. Burda doğulub, bura da qayıdır. Mən bir insan kimi, azərbaycanlı kimi razıyam ki, elə bu torpaqda da dəfn olunsun”.

Xalq artisti Alim Qasımov isə bildirdi ki, bu cür irad səsələndirmək ən azından etik deyil:

“Lütfi Zadə böyük şəxsiyyətdir. O, Azərbaycanda doğulub və buna görə də ən azından Allah xətrinə onu qəbul edib, burada dəfn etməliyik”.

Xalq artisti Rasim Balayev isə bildirdi ki, Lütfi Zadə təkcə Azərbaycana aid deyil, o, dünyəvi insandır:

“Amma azərbaycanlıdır və vəsiyyət edib ki, öz torpağında da dəfn olunsun. Biz onun vəsiyyətini müzakirə etmədən qəbul etməliyik. Çünki Lütfi Zadə sıradan bir adam deyil. Dünya şöhrətli azərbaycanlıdır.”

 Xalq artisti Ramiz Novruz da bu cür ittihamların yersiz olduğunu, səsləndirilməsinin belə utanc gətirdiyini söylədi:

“Biz Lütfi Zadənin Azərbaycanda doğulması, Azərbaycanın oğlu olmasına görə fəxr etməliyik, qürur duymalıyıq. Onun kimi insanın adı qarşısına “Azərbaycanlı” yazılıbsa, heç kim artıq söz deməməlidir. Onunla bütün dünya kimi biz də qürur duymalıyıq.”

“Azərbaycanda “qurd yağı” biznesi var, insanı 6 aya öldürür" - MÜSAHİBƏ - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR