Goranboyda taxıl sahəsində yanğın baş verib.
Metbuat.az-a FHN-dən verilən məlumata görə, rayonun Aşağı Ağcakənd kəndində bələdiyyəyə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həbsxanadan qaçmağa çalışdılar - AĞLASIĞMAZ ÜSULLA - Oxumaq üçün tıklayın! |