NASA-nın gizli üzü - İnsanları uzaqdan idarə edirlər - ARAŞDIRMA

Amerikanın Milli Steparat Təşkilatının elektromanyetik dalğalar vasitəsi ilə dünyadakı hər kəsin düşüncəsini , hərəkətlərini izləyib kontrol edə bildiyi haqqındakı bilgilər hələ keçən əsrin sonlarında gündəmdə idi.

Con St.Clair Akşel 1996-cı ildə Amerika Milli Təhlükəsizlik İdairəsini (NASA) məhkəməyə verdi. Akşel NASA-nın onu davamlı şəkildə izlədiyini və hərəkətlərini kontrol etdiyini iddia etdi. Akşel məhkəməyə bu iddialarını dəstəkləyən yüzlərlə səhifədən ibarət sübutlar təqdim etmişdir. Son 10-20 ildə bu cür faktlar minlərcədir ki, öz üzərində kənar müdaxilələri hiss və dərk edən insanlar öz hüquqlarından istifadə edərək, məhkəmələrə və əlaqədar təşkilatlara müraciətlərini edirlər.

Iddia edildiyinə görə NASA çox inkişaf etmiş sistemləri və texnologiyaları vasitəsi ilə elektromanyetik sahələrdən istifadə edərək istədiyi adamı dünyanın hər yerində izləyə bilir, hətta elektrik dalğaları yollayaraq adamın uzaqdan-uzağa fikirlərini və hərəkətlərini kontrol altına alır. NASA-nın “ siqnal istehbaratı” adını verdiyi bu sistemi, dünyadakı elektrik yüklənmiş hər şeyin ətrafında bir maqnit sahəsinin olduğunu və bu sahələrin elektromaqnit dalğalar yaydığı nəzəriyyəsinə əsaslanır. İnkişaf etdirilən rəqəmsal sistemlərlə elektrik yüklənmiş bütün varlıqları harda olursa olsun, bu sistemlə asanlıqla izləmək mümkündür.

NASA-nın kompüterlərinə, hədəfin dalğa ölçüsü girildiyi andan etibarən kompüterlər uydu vasitəsi ilə 24 saat o adamı izləyirlər. 

Gizli mərkəzlərdə sürdürülən bu fəaliyyətlərin gizli saxlanılması və güvənliyə alınması məsələsi Beynəlxalq Güvənlik anlaşmalarına görə, qorunma altına alınmış vəziyyətindədir.

Bilgisayarlar vasitəsi ilə şübhəli bildikləri adamda elektrikli hərəkətləri analiz edən NASA, adamın beyin xəritəsini çıxararaq düşüncələrini olduqca rahat şəkildə oxumağı bacarır. Danışıq Mərkəzində elektrik axımının analizi sayəsində əsas hədəf mərkəz tərəfindən seçilmiş adamın sözləri belə təsbit edilə bilinir, görmə mərkəzinin analizləri sayəsində həmin adamın gördüklərinə çatmaq mümkün olur.

Bu sistemin gücü sayəsində NASA hədəf kimi seçdiyi, təyin elədiyi adamın beyninə yolladığı siqnallarla adamın hərəkətlərini də kontrol edə bilir. Hədəfin beynindəki müxtəlif mərkəzlərə göndərilən elektromanyetik siqnallarla adamın görmə, eşitmə, qoxulama, hərəkət etmə kimi hər cür duyğu və davranışlarını təsir altına alır və istədiyi kimi yönləndirməyi bacarır. Bir sözlə , adamın başına bu qədər oyun açıldıqdan sonra artıq bir robota çevrilməyi şəksizdir.

Bir məsələni də vurğulayım ki, elektromanyetik dalğa frekansı hər bir insanda müxtəlif olduğu üçün, nəzərdə tutularaq bir adama göndərilən görüntü, səs və buna oxşar şeyləri başqa insanların hiss etməsi heç cürə mümkün deyildir. Göndərilən siqnallar vasitəsi ilə müəyyən olunmuş, seçilmiş adam başqalarının duymadığı səsləri duya bilir, ya da göndərilən görüntüləri görə bilir. Bu yolla NASA dünyada istədiyi adama istədiyi işi heç bir şahit gətirmədən, iz buraxmadan gördürə bilir. İndi bu gerçəklər varkən, demokratiyadan, azadlıqdan, insanlıqdan, bəşəriyyətin taleyindən danışan bu mərkəzlərin insanlıq üzərində sınaqdan keçirib birbaşa icraya qoyulduqları bu əməllərinin adı nədir? Heç Çingiz Aytmatovun “Gün var əsrə bərabər” adlı əsərində bir zamanlar dünyanın sorunu, problemi kimi ortaya qoyduğu MANQURTLUQ da bu qədər qorxunc olmamışdır.

Bu söylədiklərim faktlar olacaq kimi deyil, artıq insanlıq üzərində sınaqdan bütün təcrübələriylə keçirilmiş bir hadisədir. Bəzilərinə bu söylənilən və yazılanlar nağıl, mif kimi gəlir. Hətta elə elm adamları var ki, kimlərinsə, hansısa təşkilat və yüksək qurumların bu qədər qorxunc bir hərəkəti insanların üzərində işə salmasına inana bilir. Ancak kimlərinsə inanıb inanmamasından asılı olmayaraq, bu reallıqlar təəssüf ki, yaşadığımız günlərdə bütün gücüylə bizi qarabaqara izləməyindədir. Bizlər istəsək də, bu reallığın vəhşi caynağından qopub qurtula bilmərik.

Yuxarıda söylədiklərimizi təsdiq edən dünyada, o cümlədən Amerikada və Avropada yüzlərlə kitablar, çalışmalar mövcuddur. Bu kitablarda yer alan bilgilər, iddialar sənədlərlə, sübutlarla ortaya qoyulub isbatını tapmşdır. Yəni demək istəyirəm ki, mövzumuzun cəfəngiyyat olduğunu hələ də zənn edənlər, oxumuş çobanlar vardır. Bu gün insanlar üzərində elə mexanizmlər işə salınır və salınıb ki, bəlkə də beyin kontrolu dediyim nəzəriyyə onun yanında gülməli görsənir.

Birmənalı şəkildə bilmək, anlamaq, dərk etmək lazımdır ki, bu dünyada artıq azad, özgür, müstəqil, sərbəst insan qavramı, anlayışı yoxdur. Varsa da, olduqca gülməlidir. Bu gün gerçəkdən Azadlıq, Özgürlük, Müstəqillik kimi ifadələr, sözlər, qavramlar gülüş və məzə hədəfindən başqa heç bir işə yaramar. Bu ifadələr bizim bildiyimiz anlamların dışında başqa bir mənaların ağuşuna yuvarlanmalı oldular.

Bütün bunlar ona görə tətbiq edilir ki, bəziləri insanlıq, kütlə üzərində təsirli olsun, özünün məqsəd və arzularını bəşəriyyət üzərindən daha rahat və maneəsiz həyata keçirə bilsinlər.

Zehnin idarə olunması məsələsi sözsüz ki, yeni bir versiya deyil. Neçə min il əvvəldən heç bir texnologiya istifadə etmədən bəzi insanlar bu işi kimsənin şəxsiyyətinə və sağlığına zərər gətirmədən görə bilirdilər. Təriqətlərdəki şeyxlərin, mürşidlərin, övliyaların öz mürit və dərvişləri ilə “rabitə” deyilən üsuldan istifadə edib olduqca uzaq məsafələrdən əlaqə yaratmaları elə də anlaşılmayan, dərk olunmayan bir məsələ olmayıb və bu gerçəklər indi də var. Sadəcə zehnin idarə olunması insanlıq adına olduqca qorxunc bir vəziyyətdir. Bəşəriyyət bu şər-şeytan əməlindən tezliklə qurtulmağın yolunu aramalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR