Ramiz Novruz -

Xalq artisti Ramiz Novruzun daim ciddi obrazlar yaratdığını görmüşük. O teatrımızda Seyton ("Maqbet", Şekspir), Edmund ("Kral Lir", Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev) kimi obrazlar yaradıb.

R.Novruzun yaradıcılığının bir hissəsini də kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.  Yeni çəkilən filmlərdə də ciddi obraz yaradan Ramiz Novruz son günlər “Ailə Canlı” serialında çəkilməyə qərar verib. 

Metbuat.az xəbər verir ki, bu serial komediya janrındadır. Yəni burda R.Novruzu tamam başqa obrazda görəcəyik. Maraqlıdır, bu dəfə də tamaşaçılar onu sevəcəkmi? Bu obraz izləyicilər tərəfindən necə qəbul olunacaq? Necə oldu ki, bu obraza razılıq verdi? Bu suallara cavab tapmaq üçün Xalq artisti ilə əlaqə saxladıq.

O bildirdi ki, aktyor hər bir obrazı ifa etməyi bacarmalıdır:

“Əslində əvvəllər teatrda bəzi müsair komediya rollarını ifa etmişdim. Aktyorun işi rəngarəng olmalıdır. Mən də istədim janrımda dəyişiklik olsun. Ələsgər Ələkbərov “Vaqif”, “Otello” oynayıb, eyni zamanda “Ağamov”, “Kərəməli” obrazlarını yaradıb. Mən də özümü tükəndirə bilərdim. Ona görə istədim bunu. Ən əsası burda vəziyyət gülməlidir. Komediya adı altında gülməli sifət, mimika deyil. Bu ciddi situasiya komediyasıdır. Əslində ciddi oynayacam, sadəcə vəziyyət gülməlidir. Təbii ki, bu janra uyğun ciddilikdir. Çalışacam ki, teatrda oynadığım obrazlar kimi bu da izləyicilər üçün xoş olsun. Ümidvaram ki, bu dəfə də onların xoşuna gələcək”.

Kleopatranın sirli maskası - illərdir onun cavanlığını qoruyub - MÜSAHİBƏ - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR