Eyfelin işıqları söndürüldü (FOTO, VİDEO)

Eyfelin işıqları söndürüldü (FOTO, VİDEO)
02:26 9 Yanvar 2015
143 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə “Şarl Hebdo” jurnalının redaksiyasında 12 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi qurbanları üçün Eyfel qülləsində və “Republique” (respublika) meydanında anma mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, yerli vaxtla saat 20.00-də (Bakı vaxtıyla 23.00) Parisin rəmzi olan Eyfel qülləsinin işıqları 10 dəqiqə müddətə söndürülüb.

Meydanda keçirilən mərasimdə isə minlərlə iştirakçı əllərində “Hamımız “Şarl”ıq” şüarları daşıyıblar və ölənlərin xatirəsinə şamlar yandırıblar.

Sosial şəbəkə saytı tvitterdə isə dünəndən bəri "JeSuisCharlie" (MənimAdımŞarl) haştaqı ilə 3.5 milyondan çox tvit yazılıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR