Xalq artisti Səməd Səmədov küsülü olduğu keçmiş duet ortağı Sevda Əliqızı ilə canlı efirdə barışıb.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinə dəvət olunan S.Əliqızına aparıcı Zaur Kamal sürpriz edib. O, S.Səmədovu studiyaya çağıraraq, onları barışdırıb.

Sevda Əliqızı “Biz mədəni insanlarıq, ona görə barışdıq. O sözləri Səmədin özündən yox, başqalarından eşitdim. Ona görə də əsəbiləşdim. Özünə hörmət edən xanım elə sözlərdən sonra o adamla oxumaz” deyə, bildirib.

S.Səmədov duet ortağı ilə aralarında baş verən qalmaqalla bağlı bunları deyib:

"Düzünü deyəcəm: Sevdaya dedim ki, indi yaşlanmışıq, yeni kadr, cavan səs istəyirəm. Prodüserim ona başqa söz çatdırıb. Sevdaya haqq qazandırıram. Mənə də qocalmısan desələr, dava salardım".


Xalq artisti küsülü olduğu müğənni ilə barışdı -  video+fotolar
Xalq artisti küsülü olduğu müğənni ilə barışdı -  video+fotolar
Xalq artisti küsülü olduğu müğənni ilə barışdı -  video+fotolar
Xalq artisti küsülü olduğu müğənni ilə barışdı -  video+fotolar