Bakı. 29 avqust. REPORT.AZ/ “Bank of Baku” ASC Qurban bayramı ərəfəsində “Bolkart” kredit kart müştəriləri üçün yeni 100% nağdlaşdırma kampaniyasına start verib. Bu barədə “Report”a Bankdan məlumat verilib.
Məlumata görə, bu kampaniyadan Bankın həm köhnə, həm də yeni "Bolkart" sahibləri faydalana bilər.
Kampaniya şərtlərinə əsasən, kart sahibi balansındakı məbləğin hamısını, yəni tam 100%-ni nağdlaşdırma imkanına malik olacaq.
Nağdlaşdırma üçün yeni “Bolkart” kredit kartlarında 1%, köhnə “Bolkart” kartlarında isə 4% komissiya nəzərdə tutulub. Məsələn, köhnə “Bolkart” kredit kart sahibi 1 000 manat nağdlaşdırma etsə və 10 noyabra qədər onu geri qaytarsa, əlavə heç bir faiz ödəməyəcək. Sadəcə 4% nağdlaşdırma komissiyası nəzərə alınmaqla ümumilikdə 1 040 manat ödəniş edəcək.
Yeni “Bolkart” kredit kartları ilə 1 000 manat nağdlaşdırma etdikdə, geri ödəniləcək əsas borc məbləği 1% nağdlaşdırma komissiyası ilə birlikdə 1 010 manat təşkil edəcək.
“Bolkart Gənc”, “Bolkart Ailə”, “Bolkart Gold” və “Bolkart Diamond” kartları üzrə ödəniş şərtləri və nağdlaşdırılan vəsaitə faizlərin hesablanması haqqında daha ətraflı məlumatları http://bolkart.az/ saytından öyrənmək olar.
Sentyabrın 3-dək davam edəcək kampaniyadan Bankın yalnız müsbət kredit tarixçəli müştəriləri faydalana biləcəklər.