Aparıcı Zaur Kamal əməkdar artist Elza Seyidcahanın "Tikim sizin ağzınızı" şeirinə nəzirə yazıb.

Metbuat.az sözügedən nəzirəni təqdim edir:

Tikən iynən qırılmasın,

Ağzımızı tik, Eliza,

Elə tik ta cırılmasın,

Tik Eliza, tik Eliza

Qovan tikir, tutan tikir,

Əlli ildi "atan" tikir,

Hər iynəsi batan tikir,

Tik Eliza, tik Eliza.

Bərk tut qaçırma ilməsin,

Elə tik heç kim bilməsin,

Tikən iynən əyilməsin,

Hər vaxt olsun dik, Eliza.

Tünzalə Ağayeva konsert verəcək - VİDEO - Oxumaq üçün tıkla