Atlantik okeanının mərkəzi hissəsində əmələ gələn “İrma” qasırğası sürətini artırır və yaxın saatlarda ABŞ-ın Florida əyalətinə çatacaq.

Metbuat.az-ın məlumatına görə, hazırda küləyin sürəti saatda 220 km təşkil edir. 2 saat əvvəl isə bu göstərici saatda 209 km idi.

Təhlükə ilə əlaqədar Florida ştatının qubernatoru Rik Skott fövqəladə vəziyyət rejimi elan edib. Sinoptiklərin hesablamalarına görə, güclü qasırğa Puerto-Riko, Dominikan Respublikası, Haiti və Kubaya da ziyan vuracaq

Sübhan / METBUAT.az