Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qondarma “DQR” rejiminin “prezidenti” Bako Saakyanın “andiçmə mərasimi” keçirilib. Amerikalı senatorlar Türkiyəyə görə təcili toplantı keçiriblər. İŞİD Avropa ölkələrində terror aktları törətməyə hazırlaşır. ABŞ-ın dövlət katibi Reks Tillerson postundan kənarlaşdırıla bilər. Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Avropada qitəmiqyaslı hücuma hazırlaşdığını bildirib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Bakıya gəlib. Səfərdə məqsəd NATO Hərbi Komitəsinin rəhbəri, general-polkovnik Petr Pavellə danışıqlar aparmaqdır.

Bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilərin yaratdığı qondarma “DQR” rejiminin “prezidenti” Bako Saakyanın “andiçmə mərasimi” keçirilib. Digər tərəfdən, bu gün “inauqurasiya” mərasimindən sonra erməni hərbi birləşmələrinin cəbhədə yeni təxribata əl atacağı da istisna deyil.

Məğlubiyyətə görə dəhşətli QİSAS, 2050-ci ilə qədər MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan günün sonunda hücuma keçə bilər - Qarabağda TƏXRİBAT HAZIRLIĞI