Dərs ilinin başlanmasına az bir müddət qalıb, məktəb alış-verişi ilə bağlı bazarlarda canlanma yaşanır.

Lakin bəzi “işgüzar” satıcılar bu canlanmadan istifadə edib qanunsuzluğa əl atırlar. Belə ki, onlar məhsulun qiymətini süni şəkildə qaldırıb, satılan məhsulu kassaya vurmadan müştəriyə təqdim edirlər. Belə olan halda müştəriyə qəbz də vermirlər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Vüqar Səfərli bu halların qanuna zidd olduğunu bildirir:

“Məhsulun qiymətinin neçəyə olması sahibkardan asılıdır. Yəni, məhsulun standar qiyməti yoxdur. Azərbaycanda azad iqtisadiyyat olduğu üçün qiymətləri bazar müəyyənləşdirir. Lakin məhsulu almaqla bağlı müştəriyə qəbz verilmirsə, artıq birbaşa vergidən yayınmadır. Bu, həmçinin istehlakçı hüquqlarının pozulmasıdır. Belə hallarla qarşılaşan şəxslər İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin birbaşa “qaynat xətt”inə müraciət edə bilərlər”.

Bakıda kirayə evlərin qiyməti bahalaşıb - Gələn aydan isə... - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ