Həmin şəxslərdən 4 nəfərinin ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğunun təmin olunmasına, 5 nəfərinin peşə reabilitasiyasına cəlb edilməsinə, 4 nəfərinin hüquqi və 2 nəfərinin tibbi yardım almasına, 1 nəfərinin ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsinə və s. köməkliklər göstərilib. Onların bir qismi zəruri hallarda eyni vaxtda bir neçə yardım növü ilə əhatə olunublar.
Həmin şəxslərdən əksəriyyətinin sosial reabilitasiyasına nail olunub, habelə insan alverinin qurbanına çevrilmək riski aradan qaldırılıb. Hazırda 13 nəfər insan alveri qurbanı və potensial insan alveri qurbanı ilə işlər davam etdirilir. Bununla yanaşı, insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün mərkəz tərəfindən müxtəlif formalarda maarifləndirmə işləri də aparılıb.