Paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən 132 saylı bağçada aylıq ödənişin artırılması ilə bağlı redaksiyamıza müraciət daxil olub.

Adının açıqlanmasını istəməyən valideyn iddia edir ki, sözügedən bağçanın direktoru Kəmalə Əliyeva aylıq ödənişi 15 manatdan 60 manata yüksəldib. Buna səbəb kimi isə dövlət bağçasına ingilis və rəqs dərnəyinin əlavə olunması göstərilir.

Müraciətlə əlaqədar 132 saylı uşaq bağçası ilə əlaqə saxladıq. Bağçanın direktoru Kəmalə Əliyeva Metbuat.az-a açıqlamasında bildirdi ki, bağça pulsuzdur:

“Sadəcə olaraq, valideynlərin təşəbbüsü ilə bağçamızda ingilis dili və rəqs kursları təşkil olunub. Bu, məcburi olan bir proses deyil. İstəyən valideyn uşağını kursa yazdırır, istəməyən yazdırmır. 3 kurs fəliyyət göstərir. Hər birinin qiyməti 20 manatdır. Başqa yerlərdə o kursların qiyməti çoxdur. Biz həmin müəllimə ilə danışıb endirim etmişik”.

Sumqayıtda bağça müdiri uşaqlara 20 manata kotlet satır? - "O, yemək pulu yığır və..." - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBAUT.AZ