Bakıda məktəbli forması ilə bağlı direktor və valideynlər arasında problem yaşanıb.
Metbuat.az bildirir ki, valideynlərdən biri bu barədə disput.az saytının müzakirələr bölməsində yazlıb. Valideynin iddiasına görə, Nərimanov rayonu “Tərəqqi” Texniki və Humanitar Liseyinin direktoru Məhbubə Məmmədova mağazalarda 40 AZN-ə satılan məktəbli formasını valideynlərə 120 AZN-ə məcburi satır və eyni formanı başqa yerdən almağı qadağan edir. Valideyn qeyd olunan problemlə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "qaynar xətti"nə müraciət etsə də, nəticə vermədiyini deyir.