Seçilmiş pakistanlı tələbələr Azərbaycana gələcək

Seçilmiş beş pakistanlı tələbənin ölkəmizə bir həftəlik səyahəti təşkil olunacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, səfir Əli Əlizadə Pakistanın federal təhsil və peşəkar təlim üzrə naziri, YUNESKO üzrə Pakistan Milli Komissiyasının sədri Məhəmməd Baliğ ur Rəhmanla görüşüb.

Azərbaycanlı diplomat təhsil sahəsində layihələrin daha da artırılması üçün münbit şəraitin olduğunu, Azərbaycanda Pakistanlı tələbələrin sayının hər il artdığını bildirib. Səfir qeyd edib ki, cari ayda Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaları üçün seçilmiş beş pakistanlı tələbənin ölkəmizə bir həftəlik səyahəti təşkil olunacaq, azərbaycanlı tələbə və mütəxəssislərin də Pakistanın yüksək təhsil və təlim müəssisələrində vaxtaşırı təcrubə kurslarına cəlb olunacaq.

Nazir Məhəmməd Baliğ ur Rəhman Pakistanın azərbaycanlı tələbələri hər zaman qəbul etməyə hazır olduğunu, təhsil sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək bütün layihələrin dəstəklənəcəyini vurğulayıb.

Günay Elşadqızı \ METBUAT.AZ

“Suriyaya qoşun göndərə bilərik” - Nursultan Nazarbayev - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR