Bu gün sentyabr ayının ən isti günlərindən biridir.

Yay fəslinin sonlarına yaxınlaşmağımıza baxmayaraq, ölkə ərazisində isti havalar hələ də hökm sürməkdədir.

Maraqlıdır, yüksək temperatur nə vaxta kimi davam edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Metbuat.az-a açıqlamasında bildirir ki, yaxın 2-3 gün ərzində də temperatur rejimində mühüm bir dəyişiklik gözlənimir:

“Əvvəlki illərə nəzər salsaq, indi də sentyabr ayında havanın temperaturu 30-35 arasında dəyişir. Yaxın 2-3 gün ərzində ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Yollardakı SON VƏZİYYƏT - DYP açıqladı - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ