Azərbaycanda şok olay: Ana 20 ildir oğlunu zəncirdə saxlayır

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişinin yeni mövsümdə ilk efir günündə dəhşətli faktın üstü açılıb.

Məlumata görə, İbadət adlı şəxs iyirmi ildir ki, anası tərəfindən toyuq hinində zəncirlənərək saxlanılıb. Maraqlıdır ki, faktın üstü açıldıqdan sonra da qadın oğlunu bu vəziyyətdə saxlamasına haqq qazandırmağa çalışıb:

"Ayaqlarını zəncirləsəm də, gəzir. Sən get orada gözlə, gətirim. Adam görəndə qorxur".

Qeyd edək ki, sözügedən proqramda daha öncə də iki oxşar fakt aşkarlanıb. //Ölkə.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR