Tbilisidə dünya futbol ulduzlarının iştirakı ilə xeyriyyə matçı keçiriləcək

Tbilisidə dünya futbol ulduzlarının iştirakı ilə xeyriyyə matçı keçiriləcək
15:27 19 Sentyabr 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Gürcüstanın paytaxtı Tbilisidə dünya futbol ulduzlarının iştirakı ilə xeyriyyə matçı keçiriləcək. “Report” “Qruziya Online” portalına istinadən xəbər verir ki, oyun Gürcüstan Futbol Federasiyasının dəvəti ilə baş tutacaq.
Qarşılaşmada Françesko Totti, Karles Puyol, Rivaldo, Dida, Andrey Şevçenko, Xavyer Zanetti, Zvonimir Boban, Serjinyo, Paolo Maldini, Luka Toni, Ernan Krespo, Vinsent Kandela, Marek Yankulovski, Alessandro Kostakurta, Demetrio Albertini, Dino Bacco, Massimo Ambrozini, Massimo Oddo, Marko Delvekkio, Sebastyan Frey, Kristian Abbyatti, Sebastyan Rossi, Cüzeppe Favalli, İvan Kordoba, Dario Şimiş və İbrahim Ba kimi tanınmış simaların iştirak nəzərdə tutulub.
Qeyd edək ki, “Dinamo Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bilet satışından əldə olunacaq vəsait yanğından zərər çəkən Borjomi meşələrinin bərpasına yönəldiləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/tbiliside-dunya-futbol-ulduzlarinin-istiraki-ile-xeyriyye-matci-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR