Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"
03:12 20 Sentyabr 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü Cənubi Qafqazda regional sabitliyin açarıdır".
"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
"Ona görə biz Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli istiqamətində daha çox işləməliyik. Biz unutmamalıyıq ki, bu gün məhəl qoymadığımız hər bir böhran, sabah qlobal miqyas ala bilər", - deyə Türkiyə prezidenti bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/erdogan-azerbaycanin-erazi-butovluyu-cenubi-qafqazda-sabitliyin-acaridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR