Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb
06:47 20 Sentyabr 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales hesab edir ki, ABŞ hakimiyyəti dünya və onun çoxqütblülüyü üçün təhlükəyə çevrilib.
"Report" TASS-a istinadən xəbər verir ki, o bu bəyanatla çərşənbə axşamı BMT Baş Assambleyasının ümumsiyasi müzakirələri çərçivəsində çıxış edib.
"Aydındır ki, Yer kürəsi, çoxqütblülük, sülh və azadlıq üçün əsas təhlükə ABŞ rəhbərliyidir", - deyə Morales KXDR-in nüvə proqramı ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
O məsələnin hərbi yolla həllindən imtina etməyi və problemin dinc yolla həlli variantlarını tapmağı tələb edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boliviya-prezidenti-abs-rehberliyini-beser-ucun-baslica-tehluke-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR