Yaşlı kişi yanaraq öldü

Evinin həyətindəki quru otları yandırmaq istəyən yaşlı kişi yanıb.  

Metbuat.az bildirir ki, hadisə Türkiyənin Sivas şəhərinin Kanqal bölgəsində baş verib. 89 yaşlı Əli Osman Kavak adlı şəxs həyətindəki quru otları təmizləmək üçün od qalayıb. Lakin hər şey qocanın fikirləşdiyi kimi olmayıb. Küləyin təsiri ilə böyüyən alovlar bir anda bütöv həyətə yayılıb. Alovdan qaçmaq istəyərkən qocanın ayağı qəfildən ağaca ilişib. 89 yaşlı kişi yanaraq can verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər qısa müddət ərzində alovların qarşını ala biliblər. Baş verən hadisəsən sonra polis araşdırmalara başlayıb.

İntihar: 32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə - OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR