Dəhşətli etnik yuxu

Böyük bir yerdə yallı gedirik. Hər millətdən var...

Birdən necə oldusa, bizi türklərdən ayırıb cənublu qardaşlarımızın sırasına qoşdular.

Hətta əvvəl-əvvəl mənə xoş gəldi. Sonra baxdım ki, hər millət ayrıca qrup şəklində aradan çıxdı. Sağımı-solumu mollalar basdı.

Yallı gedə-gedə qulağımıza qışqırırlar ki, axırıncı gün gəlib çatıb. Psixoloji gərginlikdən çox adam ölür. Onlardan da ölür, bizdən də.

Amma sağ qalanlar hələ ki, yallı gedir. Türklərlə əlaqə tamam kəsilir. Qulağımızda farsların səsi və vahiməli sifətləri. Biz də yıxıla-yıxıla gedirik. Hamının ürəyi partlayır. Axıra mən qalmışam, bir başqası bir də iki molla.

Mən də "vot-votdayam", amma maraq da basıb ki, görüm bu axırıncı gün necə olacaq? 

Nəhayət bunların dediyi "axırıncı gün" gəlib çatır. Artıq bir mən qalmışam, bir də molla...

Gözucu çölə baxıram ki, gözəl gün çıxıb, səhər açılıb. Bütün gücümlə qışqırmağa hazır şəkildə yallı gedirəm. Əl-üz yumaq adı ilə aradan çıxanda o mənə tərəf cumur.

Vurub onu öldürürəm. Diksinib ayılıram ki, tər içindəyəm... 

Məni xilas edən o fondakı yallının səsi oldu. Qaçıb gəldim radioya. Birinci yallı verdim, ardınca Şəhriyarın "Heydər babaya salam"ını..

Salman Rüşdünü (Gecəyarısı uşaqları), Nabokovun Tolstoy haqqında fikirlərini və təkrarən Qurban Səidi (Şərqdə neft və qan) qarışdırıb oxumağın sonu...

Raqif Raufoğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı