İqtisadiyyat nazirindən “Bitcoin” açıqlaması

Virtual valyuta ilə bağlı son günlər yayılan informasiyalara yenisi əlavə olunub.  

Metbuat.az bildirir ki, Türkiyə iqtisadiyyat naziri Naci Ağbal “Bitcoin”lə bağlı jurnalistlərin suallarını cavablandırıb. Nazir açıqlamasında “Bitcoin”nin uzun müddət beynəlxalq maliyyə sisteminə təsir göstərəcəyini qeyd edib:

““Bitcoin” nəzarət altına alınmalı, qanunlara tabe olmalıdır. Beynəlxalq maliyyə sisteminin bununla bağlı bir sıra addımlar atacağı gözlənilir. Türkiyə də bu inkişafın tərkibində olacaq”.

Daha bir ölkədə güclü zəlzələ baş verdi - SON DƏQİQƏ - OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR