Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır
16:22 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manatlıq, adlı, sənədsiz, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” AİF-ə istinadən xəbər verir ki, istiqrazlar 1 001,67 manat qiyməti ilə satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Fondun istiqrazlarının baza emissiya prospektini bu il avqustun 16-da dövlət qedyiyyatına alıb. Emissiyanın ümumi məbləği 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazların illik faiz dərəcəsi isə 3% təşkil edir. Yerləşdirmənin anderrayteri qismində “PAŞA Kapital” investisiya şirkəti çıxış edir. Emissiyanın ilk 25 mln. manatlıq hissəsi bu il, iyulun 21-də yerləşdirilib.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilir. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-i-poteka-fondu-daha-25-mln-manatliq-istiqraz-yerlesdirmeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR