FIFA "Ən yaxşı futbolçu" adına 3 namizədi açıqladı

FIFA "Ən yaxşı futbolçu" adına 3 namizədi açıqladı
18:47 22 Sentyabr 2017
172 İdman
Ölkə mətbuatı
A- A+

FIFA 2017-ci ilin ən yaxşısı olmağa namizəd olan 3 futbolçunun adını açıqlayıb. Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qızıl top" (Ballon d`Or) uğrunda Kriştiano Ronaldo, Lionel Messi və Neymar mübarizə aparacaq


Portuqaliyalı Ronaldo İspaniya "Real"ında, argentinalı Messi "Barselona"da çıxış edib. Neymar isə bu yay "Barselona"dan Fransa PSJ-sinə keçib. 

Mükafatlandırma mərasimi oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda olacaq. Həmin tədbirdə digər nominasiyalar üzrə də qaliblər açıqlanacaq. 


Ən yaxşı baş məşqçi adına Massimiliano Alleqri ("Yuventus", İtaliya), Antonio Konte ("Çelsi", İngiltərə) və Zinəddin Zidan ("Real", İspaniya), ən yaxşı qapıçı adına Canluici Buffon ("Yuventus", İtaliya), Keylor Navas ("Real", Kosta Rika), Manuel Noyer ("Bavariya", Almaniya) iddialıdı.


Qeyd edək ki, ötən ilin ən yaxşı futbolçusu dördüncü dəfə Kriştiano Ronaldo olub.  


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-quotn-yax-futbolcuquot-adna-3-namizdi-acqlad-t60705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR